Stokholm sindromu (ing. Stockholm Syndrome) — populyar psixologiyaya aid termin olaraq insan oğurluğu və ya zorakılıq tətbiqi və ya belə zorakılıq tətbiqi hadisəsi zamanı qurbanla aqressor arasında yaranan birtərəfli və ya qarşılıqlı simpatiyanı[1], müdafiə-təhtəlşüur xarakterli travmatik əlaqəni[2] təsvir edir.
Güclü şokun təsiri altında girovlar onları girov götürən şəxslərə təəssübkeşlik etməyə, onların hərəkətlərinə bəraət qazandırmağa və son nəticədə özlərini onlarla eyniləşdirməyə başlayırlar, onların ideyalarını qəbul edirlər və özlərinin "ümumi" məqsəd naminə qurban verilmələrini zəruri hesab edirlər.
Dominant xarakterli ailə-məişət münasibətləri zamanı məişət xarakterli Stokholm sindromu yarana bilər.
Stokholm sindromu xüsusi ədəbiyyatda "Girovun eyniləşdirmə sindromu" (ing. Hostage Identification Syndrome), "Sağlam fikir sindromu" (ing. Common Sense Syndrome)[3] , "Stokholm amili" (ing. Stockholm Factor), "Girovun yaşama uğrunda mübarizəsi sindromu" (ing. Hostage Survival Syndrome)[4] və sair sinonimlərə malikdir.
© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search